Yəmən Ənsarullahı (Husilər) Qırmızı dənizdə ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus gəmini raketlə hədəfə aldıqlarını açıqlayıb.
Az.rasthaber.com xəbər verir ki, Ənsarullah Hərbi Sözçüsü Yəhya Seri X sosial media platformasında Yəmənin cənubunda Ədən körfəzində Yəmən dəniz qüvvələrinin həyata keçirdiyi hücumla bağlı açıqlama verib.
Yəhya Səri ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus "Lewis B Puller" gəmisini "uyğun dəniz raketi" ilə hədəf aldıqlarını açıqlayıb.
Ənsarullah sözçüsü açıqlamasında bildirib ki, hücum Fələstin xalqına dəstək və ABŞ və Böyük Britaniyanın Yəmənə qarşı hücumlarına cavab xarakteri daşıyır.
Açıqlamada deyilir:
"Gəminin vəzifələrinə ölkəmizə qarşı hücumda iştirak edən ABŞ qüvvələrinə maddi-texniki dəstək də daxildir".
Seri Qəzzada hücumlar dayandırılana və blokada aradan qaldırılana qədər sionist İsrailə məxsus və ya sionist İsrail limanlarına gedən gəmiləri vurmağa davam edəcəklərini bildirib.