Yəmənin Ali Siyasi Şurasının yüksək rütbəli üzvü Məhəmməd Əli əl-Husi çərşənbə günü səhər Yəmənə qarşı təcavüzkarlara xitabən deyib: "Odla oynamayın".
Az.rasthaber.com xəbər verir ki, Əli əl-Husi X şəbəkəsindəki şəxsi səhifəsində yazıb: “Odla oynamayın; Bizdə düşündüyünüzdən qat-qat çox, daha ağır strateji əhəmiyyətə malik olan silahlar var;
Əl-Husinin sözləri Yəmən silahlı qüvvələrinin “Cyclades” gəmisinə PUA-la hücumdan bir neçə saat sonraya təsadüf edir.
İRNA-nın məlumatına görə, işğal olunmuş Fələstin limanlarına gedən bu gəmi çərşənbə axşamı səhər Qırmızı dənizdə bir neçə PUA-nın hücumuna məruz qalıb.