Ənsarullah Qırmızı dənizdəki İngilis gəmisini hədəfə alıb

Ənsarullah Qırmızı dənizdəki İngilis gəmisini hədəfə alıb

Yəmən Silahlı Qüvvələri Ədən körfəzində Britaniya gəmisini hədəf aldığını və Hudeyda şəhərində ABŞ-a məxsus pilotsuz uçuş aparatını (PUA) vurduqlarını açıqlayıb.

Az.rasthaber.com xəbər verir ki, Yəmən Silahlı Qüvvələrinin sözçüsü Yəhya Seri verdiyi açıqlamada "İngiltərənin RUBYMAR gəmisini Qırmızı dənizdə çox sayda müvafiq dəniz raketi ilə vurduqlarını" bildirib.

Seri hədəf alınan İngilis gəmisinin ciddi şəkildə vurulduğunu, zədələndiyini və tamamilə dayandığını bildirib.

Gəminin aldığı böyük ziyan nəticəsində Ədən körfəzində batmaq riskinin olduğunu qeyd edən Seri, hücum zamanı gəmi heyətinin təhlükəsiz şəkildə çıxmasını təmin etdiklərini ifadə etdi.

Seri, "Yəmənin hava məkanında sionist varlıq adından ölkəyə qarşı düşmənçilik fəaliyyəti həyata keçirdiyi təsbit edilən ABŞ-a məxsus MQ9 tipli pilotsuz uçuş aparatının müvafiq raketlərlə vurulduğunu" bildirib.

Hücumun Fələstin xalqına dəstək məqsədi ilə edildiyinə diqqət çəkən Seri, Fələstin xalqına qarşı hücumlar dayandırılana və blokada qaldırılana qədər İsrail gəmilərinə və işğal olunmuş Fələstin limanlarına gedən gəmilərə hücumların davam edəcəyini qeyd edib.

Böyük Britaniya və ABŞ tərəfindən hücumla bağlı heç bir açıqlama verilməyib.

Xəbəri paylaş

VİDEOLAR