Ənsarullah: Qırmızı dənizdə ABŞ-ın ticarət gəmisini vurduq

Ənsarullah: Qırmızı dənizdə ABŞ-ın ticarət gəmisini vurduq

Yəmən Silahlı Qüvvələrinin sözçüsü Yəhya Seri Qırmızı dənizdə işğal altında olan limanlara doğru hərəkət edən ABŞ-a məxsus ticarət gəmisini vurduqlarını açıqlayıb.

Az.rasthaber.com xəbər verir ki, Yəmən Silahlı Qüvvələrinin sözçüsü Yəhya Seri X sosial media platformasında verdiyi açıqlamada işğal altındakı bölgəyə doğru gedən ABŞ ticarət gəmisini raketlərlə hədəfə aldıqlarını açıqlayıb.

Yəhya Seri hücumu ABŞ Hərbi Dəniz Qüvvələrinin "USS Gravely" esminesinə hücumdan bir neçə saat sonra həyata keçirdiklərini bildirib.

ABŞ və İngiltərənin hücumlarına cavab verməkdən çəkinməyəcəklərini vurğulayan Seri, Qırmızı dənizdən keçən ABŞ və İngiltərə gəmilərinin onlar üçün qanuni hədəf olduğunu təkrarladı.

Xəbəri paylaş

VİDEOLAR