Ənsarullah: Mesajımız Səudiyyəyə çatıb

Ənsarullah: Mesajımız Səudiyyəyə çatıb

Yəmənin "Ənsarullah" hərəkatının siyasi bürosunun üzvü Məhəmməd əl-Buheyti açıqlama verib

Rasthaber Azərbaycan "eastnews"a istinadən verdiyi xəbərə görə, Yəmənin "Ənsarullah" hərəkatının siyasi bürosunun üzvü Məhəmməd əl-Buheyti Səudiyyə Ərəbistanına xəbərdarlıq edib.  

Məhəmməd əl-Buheyti açıqlamasında vurğulayıb ki, Səudiyyə Ərəbistanı işğalı dayandırmasa strateji hədəfləri vurulacaq.  

"Səudiyyə Ərəbistanının strateji obyektlərini özümüzü qorumaq üçün hədəfə almışıq. Bu bizim qanuni haqqımızdır", - deyə Məhəmməd əl-Buheyti diqqətə çatdırıb.  

O, qeyd edib ki, yəmənlilər bundan sonra da işğalçı Səudiyyə Ərəbistanı liderliyindəki Koalisiya Qüvvələrinə qarşı mübarizə aparacaq.

Xəbəri paylaş

VİDEOLAR