Yəmənin Ənsarullah Hərəkatının lideri Seyid Əbdülməlik əl-Husi Yəməndəki son vəziyyət və regional hadisələrlə bağlı çıxış edib.
Az.rasthaber.com xəbər verir ki, Əl-Husi Qəzzada davam edən soyqırıma toxunaraq, "Düşmən 19 aydır Qəzzəyə qarşı vəhşi hücumlarını davam etdirir və əsrin cinayətini törədir" deyib.
Qəzzada cinayətlərin davam etməsindən kədərləndiyini bildirən Əl-Husi İsrailin törətdiyi cinayətlərin dünyanın gözü qarşısında baş verdiyinə diqqət çəkib və bunun məsuliyyətinin ilk növbədə ərəb ölkələri və bütün İslam ümmətinin üzərinə düşdüyünü vurğulayıb.
ABŞ-ın Yəmənə hücumları ilə bağlı Əbdül-Malik əl-Husi deyib: "Amerikalılar bu həftə Yəmənə təxminən 200 hava və dəniz hücumu həyata keçiriblər ki, bunların əksəriyyəti mülki yaşayış məntəqələri və mülki əhalini hədəf alıb".
İsrail rejiminin Yəmənə hücumlarına münasibət bildirən Ənsarullah lideri, "İsrail düşməninin Yəməndə həyata keçirdiyi bütün hücumlar mülki hədəflərə yönəlib: "Bu vəziyyət ABŞ və İsrailin yəmənlilərin hərbi gücü qarşısında nə qədər uğursuz olduğunu göstərir" dedi.
Əl-Husi deyib: “ABŞ və sionist rejim Yəməndəki hərbi əməliyyatları dayandırmağa çalışsalar da, buna nail ola bilməyiblər: “Düşmən bizim imkanlarımızı hədəfə ala bilmədi, ancaq xalqımıza təzyiq etmək üçün diqqətini mülki yaşayış məntəqələrinə hücuma yönəltdi”.
Yəmənin Ənsarullah Hərəkatının Rəhbəri əlavə edib: Düşmən Yəmən xalqının iradə və mövqeyinə təsir etməyə çalışır.