Yəmənin Ənsarullah hərəkatının lideri, ərəb rejimləri ilə sionist rejim arasında münasibətlərin normallaşmasının regiona hakim olmaq üçün bir yol olduğunu bildirib.
Az.rasthaber.com "Parstoday"a istinadən xəbər verir ki, Seyid Əbdülməlik Bədrəddin Əl-Husi, Ab əyalətinin rəsmiləri və rəhbərləri ilə görüşü zamanı verdiyi açıqlamada bildirib:
"Düşmənlər Yəmən xalqının arasında ixtilaf yaratmaq və fitnə toxumu səpmək üçün hər yola əl atır, münaqişələr vasitəsilə millətin əleyhinə nəticə əldə etməyə çalışırlar. Düşmənlər, atəşkəsin kölgəsində hələ də, gələcəkdə düşmənçilik hərəkətləri etmək niyyətində olduqlarını açıq şəkildə etiraf edirlər.
Amerikalıların bizim yerimizə qərar verməsinə icazə verə bilmərik. Sionist rejimlə münasibətlərin normallaşdırılması, rehionun bu rejimə təslim edilməsi deməkdir".