Ənsarullah: İsraillə münasibəti olan ərəb gəmiçilik şirkətləri də hədəfə alınacaq

Ənsarullah: İsraillə münasibəti olan ərəb gəmiçilik şirkətləri də hədəfə alınacaq

Yəmənin Ənsarullah hərəkatının siyasi bürosunun üzvü deyib: Qəzza xalqına dəstək olaraq, dəniz qüvvələrinin hərbi əməliyyatının dördüncü mərhələsində sionist rejimin limanları ilə əməkdaşlıq edən bütün gəmiçilik şirkətləri, o cümlədən ərəb və İslam ölkələrinin şirkətləri istisnasız olaraq hədəf alınacaq.

Az.shafaqna.com xəbər verir ki, Hizam Əl-Əsəd sionist düşmən və onun havadarlarına qarşı Yəmən hərbi əməliyyatının dördüncü mərhələsinin təfərrüatlarını açıqlayıb.


O, vurğuladı: Silahlı qüvvələrimiz sionist düşmənə, onun havadarlarına və Qəzza xalqının qətliam edilməsində, mühasirəsində və acından öldürülməsində iştirak edən hər kəsə qarşı hərbi əməliyyatlarını bu bölgəyə qarşı təcavüzlər dayanana və mühasirə sona çatdırılana qədər genişləndirməkdə qərarlıdır.

Hizam Əl-Əsəd əlavə edib: Bəzi ərəb və islam hökumətlərinin Qəzza xalqının mühasirəsində və acından öldürülməsində iştirakı, eyni zamanda bu ölkələrin cinayətkar sionist rejimlə ticarət mübadiləsinin həcmini gücləndirməsi rüsvayçılıq ləkəsidir.

Xəbəri paylaş

VİDEOLAR