Yəmənin Ənsarullah Hərəkatı son 12 saat ərzində İsrailin paytaxtı Təl-Əvivə üçüncü dəfə hücum edib. Bildirilib ki, son hücum Tel-Əvivdə İsrail Müdafiə Nazirliyinin binasını hədəf alıb.
Az.rasthaber.com xəbər verir ki, Ənsarullah İsrailin paytaxtı Tel-Əvivdəki İsrail Müdafiə Nazirliyinin binasına hipersəs ballistik raketlə hücum etdiklərini açıqlayıb.
Hərəkatın bəyanatında deyilir:
“İşğal altındakı Yaffada (Təl-Əviv) İsrail Müdafiə Nazirliyi adlanan yerə qarşı Fələstin-2 hipersəs ballistik raketindən istifadə edərək hərbi əməliyyat keçirdik. Ballistik raket hədəfinə dəyib və kəsicilər onu dayandıra bilməyib".
"Bu, 12 saat ərzində işğal altındakı Yaffaya qarşı üçüncü əməliyyatdır", - bəyanatda deyilir.
Yəmənin Ənsarullah Hərəkatı dünən axşam saatlarında Təl-Əvivdə bir neçə həyati əhəmiyyətli hədəfə hücum etdiklərini açıqlayıb.
O, soyqırım törədən İsrailə qarşı əməliyyatların Qəzzada hərbi fəaliyyətlər bitənə və mühasirə götürülənə qədər davam edəcəyini vurğulayıb.