Ənsarullah hipersonik raketini uğurla sınaqdan keçirib

Ənsarullah hipersonik raketini uğurla sınaqdan keçirib

Bildirilib ki, Yəmən Ənsarullah Hərəkatı yüksək dağıdıcı gücə malik hipersəs raketini uğurla sınaqdan keçirib və bu cür raketləri hərbi arsenalına daxil etməyə hazırlaşır.

Az.rasthaber.com xəbər verir ki, Sputnik-ə danışan Ənsarullaha yaxın hərbi mənbə, Ənsarullahın raket qüvvələrinin Mach 8-ə qədər (saatda 10 min kilometr) sürətə çata bilən və bərk yanacaqla işləyən raketi uğurla sınaqdan keçirdiklərini bildirib.

Ənsarullahın bu raketdən Qırmızı dəniz, Oman dənizi və Ədən körfəzindəki hücumlar zamanı və sionist İsraildəki hədəflərə qarşı istifadə etməyi planlaşdırdığını bildirən mənbə, raketin istehsalına yaxın vaxtlarda başlanmasının planlaşdırıldığını qeyd edib.

Mənbə onu da vurğulayıb ki, Yəmənin şimalındakı silahlı qüvvələr hipersəs raketini sınaqdan keçirərkən, raketləri və pilotsuz uçuş aparatlarını da modernləşdiriblər və 3 aylıq sınaqlardan sonra döyüş başlıqlarının dağıdıcı gücünü ikiqat artırıblar.

Xəbəri paylaş

VİDEOLAR