Ənsarullah Ədən körfəzində dəniz quldurluğu iddialarını rədd edib

Ənsarullah Ədən körfəzində dəniz quldurluğu iddialarını rədd edib

Yəmən Ənsarullah Hərəkatının Ədən körfəzində dəniz quldurluğu hadisələrində iştirak etdiyinə dair iddiaları təkzib edilib.

Az.rasthaber.com xəbər verir ki, Ənsarullah Hərəkatının üzvü Əbdülməlik əl-Acri ABŞ-ın Yəməndə Ənsarullahın yerləşdiyi bölgədən Ədən körfəzindəki Amerika döyüş gəmisinə doğru iki ballistik raketin atıldığı iddiasına qarşı X platformasındakı hesabından açıqlama verib. .

Acri öz paylaşımında Husilərin Qəzza zolağının qələbəsi üçün İsrail gəmilərindən başqa heç nəyi hədəf almadıqlarını açıqlayıb.

“ABŞ-ın iddiaları işğal olunmuş ərazilərdə (ərəb koalisiya qüvvələrinin nəzarətində olan ərazilərdə) vəziyyətin nə qədər kövrək olduğunu göstərir”. Acri bu bölgələrin dəniz quldurluğu və terrorçu qrupların hərəkətləri üçün uyğun olduğunu və bunun məsuliyyətinin Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiya qüvvələrinin üzərinə düşdüyünü vurğulayıb.

Xəbəri paylaş

VİDEOLAR