Ənsarullah: “Cavabsız hədəf alınmaq” balansını düşməndən qəbul etməməliyik!

Ənsarullah: “Cavabsız hədəf alınmaq” balansını düşməndən qəbul etməməliyik!

Yəmən Ənsarullah Hərəkatının lideri Seyid Əbdülməlik əl-Husi işğalçı rejimin Fələstin və Livana qarşı müharibəsi ilə bağlı son hadisələrlə bağlı çıxış edib.

Az.rasthaber.com xəbər verir ki, Seyid Əbdülməlik əl-Husi sionist rejimin İrana qarşı təcavüzkar hərəkətlərinə toxunaraq deyib: “İsrailin İrana qarşı hücumları və təcavüzü nəticəsində dəyən zərərin miqdarından asılı olmayaraq, bu, suverenliyin pozulması və sözün hər mənasında İran ərazisinə təcavüzdür.”

 

Ənsarullah lideri Vaşinqtonun İranın sionist rejimin təcavüzünə cavab verməməsi ilə bağlı çağırışına toxunaraq deyib: “Amerikalılar İslam Respublikasından istəyiblər ki, İrana qarşı təcavüzə, suverenliyinin pozulmasına və qan tökülməsinə cavab verməsin. Qərb də Amerika ilə eyni yanaşma seçərək İrandan cavab verməməyi xahiş edir. Bu, regionun bütün ölkələrindən istədikləri məsələdir.”

 

Seyid əl-Husi vurğulayıb: “Cavabsız hədəfə alınma tənliyi o deməkdir ki, İsrail düşməni istənilən müsəlman ölkəsində istədiyi nöqtəni hədəfə ala bilər, lakin hədəf alınmış heç bir ölkə cavab verməsin. Bu balansı qəbul etmək, təhqir və zilləti qəbul etmək deməkdir.”

 

“Cavab verilmədən hədəfə alınma tənliyi İslam ümməti üçün təhlükəlidir. Dünyanın heç bir azad müsəlman və ya Ərəb ölkəsi bunu qəbul etməməlidir”- deyə, Ənsarullah lideri qeyd edib.

 

O, bildirib ki, amerikalılar Ərəb və İslam ölkələrinin İsrailin hücumlarına cavab verməyən tənliyi tətbiq etməyə çalışırlar. Dünyadakı heç bir azad insan bunu qəbul etməz.

Xəbəri paylaş

VİDEOLAR