Ənsarullah: Bəzi ərəb dövlətləri Amerika və İsrail ilə uyğunlaşmaq istəyirlər

Ənsarullah: Bəzi ərəb dövlətləri Amerika və İsrail ilə uyğunlaşmaq istəyirlər

Yəmənin Ənsarullah Hərəkatının lideri Əbdülməlik əl-Husi deyib: "Bəzi ərəb dövlətləri Amerika və İsrailə uyaraq və Təl-Əvivlə münasibətlərini normallaşdırmaq istəyir".

Az.rasthaber.com xəbər verir ki, Al Masirah telekanalının internet saytında yer alan xəbərə görə, Yəmən Ənsarullah Hərəkatının lideri Əbdülməlik əl-Husi bu gün verdiyi açıqlamada gündəmi dəyərləndirib.

Əbdülməlik əl-Husi deyib ki, İslam ümməti misli görünməmiş problemlərlə üz-üzədir.

Təl-Əvivlə normallaşma prosesini tənqid edən Əbdülməlik əl-Husi, "Bəzi ərəb dövlətləri Amerika və İsrailə uyğunlaşmaq və Tel-Əvivlə münasibətlərini normallaşdırmaq istəyir", - deyə qeyd edib.

Əbdülməlik əl-Husi bildirib ki, Amerika-Sionist cəbhəsinin yanaşması İslam dünyası üçün həmişəkindən daha aydındır.

"Amerika, İsrail, İngiltərə və onların bölgədəki tərəfdaşları itaətkar və işğal olunmuş Yəmən istəyirlər", - o, bildirib.

Ənsarullah lideri Səudiyyə Ərəbistanı Əyləncə Qurumunun dağıdıcı fəaliyyətinə reaksiya verərək qeyd edib ki, Əl Səud rejimi İslami və əxlaqi dəyərləri pozaraq əyləncə dalınca gedir.

Xəbəri paylaş

VİDEOLAR