Yəmənin Ənsarullah Hərəkatının siyasi bürosunun yüksək rütbəli üzvü Məhəmməd əl-Bəhti Əl-Cəzirə televiziyasına müsahibəsində deyib: Ənsarullah hərəkatının rəhbərləri nə sionist rejim, nə də ABŞ-ın təhdidlərindən qorxmur və qələbəyə nail olacaqlarına əmindirlər.
Az.rasthaber.com xəbər verir ki, işğalçı sionist rejim Qəzzə və Yəməndəki cinayətlərinin əvəzini mütləq ödəyəcək”.
Məhəmməd əl-Bəhti bu müsahibəsində sionist rejimin müdafiə nazirinin Ənsarullah liderlərinə qarşı boş təhdidlərinə toxunaraq deyib: Biz ölüm təhdidlərindən qorxmuruq və başda Seyid Əbdülməlik əl-Husi olmaqla liderlərimizi qorumaq üçün bütün lazımi tədbirləri görürük.
Biz qələbəyə əminik və nə İsrailin, nə də ABŞ-ın təhdidlərindən qorxmuruq.
Biz sionist rejimə xəbərdarlıq edirik ki, Qəzzəyə dəstək məqsədilə hərbi əməliyyatlarımızı dayandırmaq üçün istənilən cəhdlər nəticəsiz qalacaq və gərginliyin artmasına eyni şəkildə cavab verəcəyik.
Yəmən Silahlı Qüvvələrinin Qəzzəyə dəstək əməliyyatı, dəyərindən asılı olmayaraq sionist rejimin işğalı və mühasirəsi tamamilə dayanana qədər davam edəcək və işğalçı rejim ordusunun hücumlarının bu əməliyyatlara heç bir təsiri olmayacaq”.