Ənsarullah: BƏƏ açıq şəkildə düşmən İsrailin tərəfinə keçib

Ənsarullah: BƏƏ açıq şəkildə düşmən İsrailin tərəfinə keçib

Yəmən Ənsarullah Hərəkatının sözçüsü Məhəmməd Əbdüssalam BƏƏ-nin sionist rejimin Fələstin xalqına qarşı cinayət və qətllərinə və Əqsa tufanı əməliyyatına cavabını Fələstin müqavimətinin kürəyindən bıçaqlanması kimi qiymətləndirib.

Az.rasthaber.com xəbər verir ki, Məhəmməd Əbdüssalam açıqlamasında bildirib:

BƏƏ səssiz qalmalı, çirkin üzünü göstərməməli və Fələstin müqavimətini kürəyindən bıçaqlamamalı idi. BƏƏ açıq şəkildə düşmən İsrailin tərəfinə keçib və Fələstin xalqının qətlində şərikdir. 

Fələstin xalqı və digər müsəlman xalqlar İsrailin Fələstin xalqına hücumlarını ört-basdır edən heç bir tərəfi bağışlamayacaqlar”.

Xəbəri paylaş

VİDEOLAR