Yəmənin Ənsarullah Hərəkatı ABŞ Hərbi Hava Qüvvələrinin ölkənin qərbindəki Hudeydə bölgəsinə 6 hücum təşkil etdiyini açıqlayıb.
Az.rasthaber.com xəbər verir ki, Ənsarullaha bağlı Al Masirah telekanalı bildirib: "Amerikalı hücumçu Əl Tuheita bölgəsindəki Əl-Fəza məhəlləsinə hücum edib. O, ümumilikdə 6 hücum həyata keçirib."
Hadisə nəticəsində ölən və yaralananların olub-olmadığı barədə məlumat verilmir.
Ənsarullah daha əvvəl Qəzza zolağında əməliyyatlarını davam etdirən İsrailə qarşı hərbi əməliyyatlarını bərpa etmişdi.
ABŞ prezidenti Donald Tramp “Ənsarullah”a qarşı əməliyyatın keçirilməsi barədə göstəriş verib. ABŞ ordusu martın 15-dən Yəmənə hava zərbələri endirir.