Yəmənin Ənsarullah Rəhbəri Seyid Əbdülməlik əl-Husi Aşura günü münasibətilə etdiyi çıxışda bunları deyib: İmam Hüseynin hərəkatı Qiyamətə qədər baqi qalacaq.
Az.rasthaber.com xəbər verir ki, Husi bildirib ki, hazırda İslam ümməti Yezidi təmsil edən ABŞ və sionist lobbisinin zülmü və qətli ilə üz-üzədir və qərb ölkələrində Quranın yandırılması və cırılması yəhudi lobbiləri tərəfindən həyata keçirilir.
O, bildirib ki, bu məsələ İslama və müsəlmanlara qarşı küfrün və hörmətsizliyin ən yüksək nöqtəsidir.
Ənsarullah Rəhbəri çıxışının davamında deyib: “Mən İslam ümmətinin Quranı təhqir edən düşmənlərə qarşı qətiyyətli, ciddi və məsuliyyətli mövqe tutmasını istəyirəm".
Qərb cəmiyyətlərinin Qurana münasibətini yenidən nəzərdən keçirməli olduğunu deyən Husi, onları bəşəriyyət üçün yeganə xilas yolu olan İslama dəvət edib.
Ənsarullah lideri sözlərinin davamında bildirib ki, onlar təcavüzkar koalisiyanın ölkəmizə qarşı hücumlarını dayandırmalı və məhbusların problemini həll etməlidirlər.
Husi deyib: “Qərb cəmiyyətini Allahın qəzəbinin olduğu uçuruma aparacaq sionist lobbiyə qarşı diqqətli olmalarını tövsiyə və xəbərdarlıq edirəm”.