Ənsarullah ABŞ və İsrail gəmisini hədəf alıb

Ənsarullah ABŞ və İsrail gəmisini hədəf alıb

Yəmən Ənsarullah Hərəkatı Qırmızı dənizdə 2 ABŞ esminesini, Hind okeanında isə 1 İsrail gəmisini pilotsuz uçuş aparatları (PUA) ilə hədəfə aldıqlarını açıqlayıb.

Az.rasthaber.com xəbər verir ki, Yəhya Səri bir televiziya kanalında verdiyi açıqlamada Qırmızı dənizdə ABŞ-ın 2 esminesini PUA-larla hədəfə aldıqlarını və məqsədlərinə çatdıqlarını bildirib.

Seri, "dəniz qüvvələri, raket qüvvələri və hava qüvvələrinin" Qırmızı dənizdə birgə əməliyyatda CYCLADES gəmisini hədəf aldığını və vurduğunu bildirib. Seri, bu gəminin aprelin 21-də Eylat limanına getdikdən sonra hədəf alındığını və gəmilərin işğal olunmuş Fələstin limanlarına (İsrail) keçməsinə qoyulan qadağanı pozduğunu bildirib.

Yəhya Seri bildirib ki, İsrailə məxsus MSC ORION gəmisi Hind okeanında çoxlu sayda PUA tərəfindən hədəf alınıb.

Xəbəri paylaş

VİDEOLAR