Ənsarullah: ABŞ və İngiltərə Yəmənə yenidən hücum etdi

Ənsarullah: ABŞ və İngiltərə Yəmənə yenidən hücum etdi

Yəmən Ənsarullah Hərəkatı ABŞ və İngiltərənin ölkənin qərbində yerləşən Hudeydə şəhərinə 5 hava hücumu təşkil etdiyini açıqlayıb. Hudeyda şəhəri uzun sahil xəttinə malik olmaqla yanaşı, üç mühüm limana da ev sahibliyi edir.

Az.rasthaber.com xəbər verir ki, Əl-Mesirah telekanalının xəbərinə görə, ABŞ və Böyük Britaniyaya məxsus döyüş təyyarələri Hudeyda şəhərinin Es-Salif rayonundakı Ras İsa bölgəsini hədəfə alıb.

Xəbərlərdə 5 dəfə həyata keçirilən hücumlar nəticəsində insan tələfatı və ya dağıntılar barədə məlumat verilməyib.

Hudeyda şəhəri uzun sahil xəttinə malik olmaqla yanaşı, üç mühüm limana da ev sahibliyi edir. Husilərin nəzarətində olan Salif sahil bölgəsində də mühüm liman var.

Ənsarullah Hərəkatı dünən ABŞ və İngiltərənin paytaxt Səna da daxil olmaqla Yəmənin 3 şəhərinə 25 hava hücumu təşkil etdiyini və bu hücumlarda 1 mülki vətəndaşın öldüyünü, 6-nın yaralandığını açıqlayıb.

Xəbəri paylaş

VİDEOLAR