Ənsarullah: ABŞ və İngiltərə Hudeydəyə hücum etdi

Ənsarullah: ABŞ və İngiltərə Hudeydəyə hücum etdi

Yəməndəki Ənsarullah Hərəkatı ABŞ və Böyük Britaniya hava qüvvələrinin eyni gündə sahildəki Hudeydə şəhərinə 6 hücum təşkil etdiyini açıqlayıb.

Az.rasthaber.com xəbər verir ki, Ənsarullaha bağlı Əl-Məsirə televiziyasında yayımlanan xəbərdə ABŞ və İngiltərə hava qüvvələrinin Hudeydanın Dureyhimi rayonuna hava hücumu təşkil etdiyi bildirilib.

Dureyhiminin Taif bölgəsinə hava hücumu təşkil edildiyini bildirən xəbərlərdə hücum nəticəsində ölən və yaralananlar barədə məlumat verilməyib.

Hudeydanın əl-Cubbane bölgəsində 2, şəhərin şimalındakı əz-Zəhra bölgəsində isə 3 hücum təşkil edildiyini bildirən Ənsarullah, bu hücumla eyni bölgədə 6 hücumun həyata keçirildiyini qeyd edib.

Məsələ ilə bağlı ABŞ və Böyük Britaniyadan hələlik heç bir açıqlama verilməyib.

Ənsarullah gecə saatlarında ölkənin cənubunda Ədən körfəzində İngiltərəyə məxsus LYCAVITOS gəmisini vurduqlarını açıqlayıb.

Ənsarullah hərəkatı işğalçı sionist İsrailin Qəzzada Fələstin xalqına qarşı törətdiyi soyqırımına reaksiya vermək üçün Qırmızı dəniz və Babul Məndeb boğazından keçən İsrail bayraqlı gəmilərə hücum edəcəyini açıqlayıb və oktyabrda İsrail gəmisini ələ keçirib.

Xəbəri paylaş

VİDEOLAR