Ənsarullah ABŞ və Britaniya ilə uzunmüddətli qarşıdurmaya hazır olduqlarını bəyan edib

Ənsarullah ABŞ və Britaniya ilə uzunmüddətli qarşıdurmaya hazır olduqlarını bəyan edib

Husilər ABŞ və Britaniya ilə uzunmüddətli qarşıdurmaya hazır olduqlarını bəyan edib.

Az.rasthaber.com xəbər verir ki, Yəmənin "Ənsar Allah" hərəkatı (husilər) ABŞ və Böyük Britaniya ilə uzunmüddətli qarşıdurmaya hazırdır.

Bunu hərəkatın nümayəndəsi Məhəmməd Nasir əl-Atefi bildirib.

"Amerikalılar, ingilislər və onlarla koordinasiya edənlər Yəmənin suveren qərarının gücünü başa düşməlidirlər", - əl-Atefi deyib.

Qeyd edək ki, 2023-cü il oktyabrın 7-də işğalçı İsrailin Qəzza zolağında soyqırımına başlamasından sonra "Ənsar Allah" hərəkatı qaniçən İsrail rejimi ərazisinə hücumlar həyata keçirəcəyini, İsrailə neft daşıyan gəmilərin Qırmızı dəniz və Bab əl-Məndəb boğazından keçməsinə icazə verməyəcəyini bildirib. Ötən il noyabrın ortalarından husilər Qırmızı dəniz və Ədən körfəzində onlarla uğurlu əməliyyat həyata keçiriblər.

Bu ilin yanvarın 12-də Böyük Britaniya və ABŞ qüvvələri təyyarə, gəmi və sualtı qayıqlardan istifadə edərək Yəmənin bir sıra şəhərlərində hücum həyata keçiriblər.

Xəbəri paylaş

VİDEOLAR