Ənsarullah: 200-ə yaxın ABŞ, İngiltərə və İsrailə bağlı gəmi vurmuşuq

Ənsarullah: 200-ə yaxın ABŞ, İngiltərə və İsrailə bağlı gəmi vurmuşuq

Yəmənin “Ənsarullah” Hərəkatının lideri Əbdülməlik Əl Husi 200-ə yaxın ABŞ, İngiltərə və İsrailə bağlı gəmi vurduqlarını bildirib.

Az.rasthaber.com xəbər verir ki, “Amerikalılar və İngilislərlə birlikdə İsrail düşməninə bağlı hədəfə alınan gəmilərin sayı 196-ya çatdı. Bu həftə Fələstinə dəstək olaraq İsrailə qarşı 25 balistik və qanadlı raket, həmçinin PUA ilə əməliyyat keçirmişik. Yəmən xalqı sionistlərə qarşı silahlı, media və siyasi yollarla mübarizəsini davam etdirir.”, – deyə Əbdülməlik Əl Husi qeyd edib.

O həmçinin Britaniya, ABŞ və İsrail güclərinin Yəmn xalqını hədəfə aldığını və beynəxalq ictimaiyyətin buna səssiz qaldığını önə çəkib.

Xəbəri paylaş

VİDEOLAR