Novruzun həqiqətinin nə olduğu sualına cavab verə biləcək bu qısa araşdırmanı təqdim edirik.
İslamın zəngin mədəniyyəti bir çox gözəl və önəmli günləri,zühur etdiyi gündən bəri içində saxlamaqdadır.
Şübhəsiz bir həqiqətdir ki, ümumbəşəri və bütün mədəniyyətlərdən və sivilizasiyalardan üstün olan müqəddəs İslam dininin başqa mədəniyyətlərə, adət və ənənələrə ehtiyacı yoxdur.
Digər inanc və mədəniyyətlərin dəyər verdikləri bayramlara hörmət göstərib dəyərləndirməsi İslam dininin gözəlliyini və əhatəliliyini göstərir.
Bütün gözəllikləri əhatə edən bu müqəddəs dinin əsasını sevgi və məhəbbət təşkil edir.
İmam Sadiqin (ə) “Din sevgi və məhəbbətdən başqa bir şeydirmi?”, - deməsi, sevgi və məhəbbətin bu dinin əsasını təşkil etdiyini göstərir.
Bu səbəbdən cəmiyyətdə insanlar arasında sevgi və məhəbbətə səbəb olan hər bir hadisəni və davranışı qəbul edir və təsdiq edir.
Amma İslam, millətlərin və inanclarından irəli gələn bütün mədəniyyətlərin bayramlarını, hər hansı bir din fərmanlarına zidd olmadığı zaman təsdiqləməklə yanaşı, başqaları tərəfindən gətirilən bu gözəlliklərə əhəmiyyət vermək və yaşatmaqdan çox inanan və inanmayan cəmiyyətlərdə sevgi toxumlarını əkməyə iradə edir.
Dünyanın bir çox cəmiyyətinin sahib olduğu Novruz bunlardan biridirmi?
Bu məqalədə faydalı olacağı ümidi ilə bunu müzakirə etmək istədik ..
Novruz haqqında ziddiyyətli fikirlərə istinad edilir, dini bayram olub-olmaması ilə bağlı fərqli fikirlər səsləndirilir və bununla ziddiyyət təşkil edən rəvayətlər çatdırılır.