Novruz ərəfəsində Azərbaycanda Əfv sərəncamı verilə bilər

Novruz ərəfəsində Azərbaycanda Əfv sərəncamı verilə bilər

Əfv Məsələləri Komissiyası baxılan sənədlərin siyahısını gələn həftə Azərbaycan Prezidenti İlham Əliyevə təqdim edəcək.

Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyası baxılan sənədlərin siyahısını gələn həftə Azərbaycan Prezidenti İlham Əliyevə təqdim edəcək.

Rasthaber xəbər verir ki, bu barədə ölkə mediası yazıb. Qeyd olunur ki,  Novruz bayramı ərəfəsində əfv sərəncamının imzalanacağı gözlənilir.

Qeyd edək ki, yeni müraciətlərə baxmaq üçün komissiyanın 8 iclası keçirilib və daxil olan müraciətlərin 850-dən çoxuna baxılıb.

İclaslarda əsasən yol nəqliyyat hadisəsi törətmiş şəxslərin, əcnəbilərin və hərbi qulluqçuların müraciətlərinə, o cümlədən məişət zorakılığı və digər zəmində cinayətlərlə bağlı müraciətlərə baxılıb.

Xəbəri paylaş

VİDEOLAR