Rus neftindən imtina dünya iqtisadiyyatı üçün fəlakətli nəticələrə səbəb ola bilər.
Az.rasthaber.com APA-ya istinadən xəbər verir ki, bunu Rusiyanın Baş nazirin müavini Aleksandr Novak deyib.
Novak əlavə edib ki, Rusiya neftindən imtinaya görə xam neftin 1 barelinin qiyməti 300 dolları keçə bilər. Avropa bazarında Rusiya neftini tezliklə əvəzləmək mümkün deyil. Bunun üçün azı 1 il tələb olunur. Rusiya neftinə qadağa yanacağın qiymətində sıçrayışa səbəb ola bilər.
Novak bildirib ki, Avropanın neftinin 30%-ni, başqa sözlə 150 milyon tonunu Rusiya təchiz edir.