Nigeriyanın bir vilayətində vəba qurbanlarının sayı artır

Nigeriyanın bir vilayətində vəba qurbanlarının sayı artır

Nigeriyanın Katsina əyalətində vəba epidemiyası qurbanlarının sayı 75-ə yüksəlib.

Katsina Əyalət Sağlamlıq Komissarı Yakubu Danja açıqlamasında əyalətin müxtəlif bölgələrinə yayılan epidemiyadan 3 gündə 25 adamın həyatını itirdiyinə diqqət çəkib. Danja, mayın 5-dən bu günə qədər əyalətdə 1.534 vəba diaqnozu qoyulduğunu və epidemiya səbəbiylə həyatını itirənlərin sayının 75-ə yüksəldiyini bildirdi. Bölgələrə təcili dərman və tibbi ləvazimatların göndərildiyini ifadə edən Danja, xalqı epidemiyaya qarşı tədbirli olmağa çağırıb.

Qeyd edək ki, Yanvar ayından bəri Nigeriyada epidemiya davam edərkən, həkimlər əmək haqlarını ala bilmədiklərini səbəb göstərərək tətil başladıblar. Təmiz su çatışmazlığı, vaxtında və effektiv tibbi müdaxilələrin edilməməsi də ölüm riskini artıran əsas səbəblər arasında iştirak edir.(trthaber)

Xəbəri paylaş

VİDEOLAR