Nigeriyadakı daşqınlarda ölənlərin sayı hər gün artır

Nigeriyadakı daşqınlarda ölənlərin sayı hər gün artır

Qərbi Afrika ölkələrindən Nigeriyanın Kano əyalətində günlərdən bəri davam edən leysan yağışların səbəb olduğu daşqınlar nəticəsində 15 nəfər həyatını itirib

 Rasthaber xəbər verir ki, Qərbi Afrika ölkələrindən Nigeriyanın Kano əyalətində günlərdən bəri davam edən leysan yağışların səbəb olduğu daşqınlar nəticəsində 15 nəfər həyatını itirib.

  Kano əyalətinin Doquva (Doguwa) kəndində 23 iyuldan bəri davam edən leysan yağışlar daşqınlara səbəb olub. Fəlakət nəticəsində 15 adam ölüb, çox sayda  adam yaralanıb və itkin düşüb.

  Axtarış və xilasetmə işləri davam edən bölgədə çoxlu evlər dağılıb.

  Qeyd edək ki, tropik iqlim qurşağındakı ölkədə illik yağan yağış miqdarı regional olaraq dəyişir.

Xəbəri paylaş

VİDEOLAR