Nigeriyanın Niger əyalətində məktəbə silahlı basqın olub
Rasthaber Azərbaycan trthaber-ə istinadən xəbər verir ki, yerli polis idarəsinin sözçüsü Uasiu A.Abiodun bir nəfərin həyatını itirdiyi, 100-dən çox tələbənin oğurlandığı hadisə ilə bağlı açıqlama verib.
"Hadisə əyalətin Tegina bölgəsində törədilib. Ərazidə yerləşən Salihu Tanko məktibinə motosikletlə basqın verən silahlılar ətrafa atəş açdıqdan sonra sayları dəqiq məlum olmayan sayda şağird oğurlayıblar. Əraziyə təhlükəsizlik qüvvələri cəlb olunub, qaçırılan şagirdləri sağ xilas etmək üçün lazımlı tədbirlər görülür. Xalqdan mətin olmalarını istəyirik.", -deyə Polisin açıqlamasında deyilir.
Qeyd edək ki, hadisədən sonra bəzi əlayətlərdə motosiklet istifadəsi qadağan edilib.
Onu da qeyd edək ki, Nigeriyada dəfələrlə məktəbə hücum edilərək şagirdləri qaçırırlar.