Nigeriyada xeyriyyə mərasimi zamanı 31 nəfər həyatını itirib

Nigeriyada xeyriyyə mərasimi zamanı 31 nəfər həyatını itirib

Nigeriyanın cənubunda bir stadionda keçirilən xeyriyyə mərasimindəki sıxlıq azı 31 nəfərin ölümünə səbəb olub.

Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, hadisə Nigeriyanın cənubunda Rivers əyalətinin Port-Harkord bölgəsində baş verib.

Yerli polis mənbələri bildiriblər ki, rayonda stadionda xeyriyyə mərasimində yardımların paylanılması zamanı sıxlıqdan 31 nəfər həyatını itirib.

Polis hadisə ilə bağlı araşdırma aparır. Məlumata görə sıxlıq stadiona girişdə yaranıb və ayaq altında qalan onlarla insan həyatını itirib və xəsarət alıb.

Qeyd edək ki, hadisənin baş verdiyi əyalət Nigeriyada ən çox neft yataqları və hasilatının olduğu bölgədir.

Xəbəri paylaş

VİDEOLAR