Əyalət hökuməti silahlılarla mübarizə aparmaq üçün 4200 təhlükəsizlik işçisi cəlb edib.
Az.rasthaber.com İran mediasına istinadən xəbər verir ki, Nigeriyanın Zamfara əyalətində kəndə silahlı hücum nəticəsində 24 nəfər həyatını itirib.
Yerli mətbuatın məlumatına görə, motosikletli silahlı şəxslər Zamfara əyalətinin Qanar Kiyava kəndinə hücum ediblər.
Hücum nəticəsində çox sayda yerli sakin yaralanıb.
Əyalət hökuməti silahlılarla mübarizə aparmaq üçün 4200 təhlükəsizlik işçisi cəlb edib.