Nigeriyanın şimalındakı Katsina əyalətində silahlı hücum nəticəsində 7 nəfər ölüb, 12 nəfər qaçırılıb.
Az.rasthaber.com xəbər verir ki, Katsina əyalətinin Doka bölgəsində şəxsiyyəti hələlik müəyyən edilməyən silahlılar tərəfindən silahlı hücum törədilib.
Hücumda biri qadın olmaqla 7 nəfər həyatını itirib, çox sayda insan yaralanıb, 12 nəfər qaçırılıb.
Nigeriyanın şimalı silahlı dəstələr səbəbindən böyük təhlükəsizlik böhranı ilə mübarizə aparır.