Talata Mafarada Nigeriya hökumətinin Şeyx Zəkzakiyə qarşı təxribatlarına etiraz olaraq nümayiş keçirilib.
Az.rasthaber.com "ABNA"ya istinadən xəbər verir ki, Nigeriya İslami Hərəkatının üzvləri Talata Mafara şəhərində aksiya keçirərək Şeyx Zəkzakinin pasportunu təhvil verməkdən boyun qaçıran Nigeriya hökumətinin təxribatına etiraz ediblər.
Etirazçılar həmçinin məzlum Fələstin xalqına da dəstək verdiklərini açıqlayıblar.
Qeyd edək ki, Kaduna Ali Məhkəməsinin 28 iyul 2021-ci il tarixli qərarına baxmayaraq, Nigeriya səlahiyyətliləri indiyə qədər Şeyx Zəkzəki və onun həyat yoldaşının pasportlarını geri qaytarmaqdan imtina ediblər.