Nigeriyada məscid uçub: 10 nəfər ölüb

Nigeriyada məscid uçub: 10 nəfər ölüb

Nigeriyanın şimalında məscidin uçması nəticəsində 10 nəfər ölüb, ən azı 30 nəfər yaralanıb.

Az.rasthaber.com xəbər verir ki, Sputnik-in məlumatına görə, Nigeriyanın Kaduna əyalətinin Zaria şəhərində məscid uçub.

Qəzada 10 nəfər ölüb, ən azı 30 nəfər müalicə olunmaq üçün xəstəxanalara aparılıb.

Sözügedən məscid 150 ildən çox əvvəl tikilib.

Xəbəri paylaş

VİDEOLAR