Nigeriyada həbsxanadan qaçan məhkumlar təslim olur

Nigeriyada həbsxanadan qaçan məhkumlar təslim olur

5 Apreldə Nigeriyanın Imo şəhərində bir həbsxanaya təşkil edilən hücum nəticəsində qaçan 1844 məhbusdan 36-sı təslim olub.

Oweri Həbsxana Sözçüsü Ceyms Maduba bu barədə məlumat yayıb.

Rasthaber bildirir ki, Madubanın sözlərinə görə, ştatın paytaxtı Oweri həbsxanasına silahlı hücum zamanı qaçan digər məhkumların tutulması üçün səylər davam edir.

Nigeriya Daxili İşlər Naziri Rauf Aregbesola isə qeyd edib ki, qaçan məhbusların təslim olduqları təqdirdə qaçdıqlarına görə cəzalandırılmayacağını bildirib.

Xatırladaq ki, 5 Apreldə həbsxanaya hücum nəticəsində 1844 məhbus qaçdı. Onlardan 6-sı qısa müddət sonra geri qayıdarkən, 35 məhbus da qaçmaqdan imtina edib.

Xəbəri paylaş

VİDEOLAR