Qərbi Afrika ölkəsi Nigeriyanın şimal -şərqində "Boko Haram" terror təşkilatı tərəfindən girov götürülmüş 32 qadın və uşaq xilas edilib.
Rasthaber Azərbaycan trthaber-ə istinadən xəbər verir ki, Müdafiə Nazirliyinin sözçüsünün müavini Bernard Onyeuko ordunun Borno əyalətinin Bama və Damboa bölgələrində "Boko Haram"a qarşı əməliyyatlar keçirildiyini söyləyib.
Onyeuko əməliyyatlar zamanı 10 qadın və 22 uşağın xilas edildiyini bildirib.
Əməliyyatlarda 28 terrorçunun da yaxalandığını qeyd edən Onyeuko lojistik materialların məhv edildiyini, terrorçulara məxsus nəqliyyat vasitələri, motosikletlər və xeyli miqdarda döyüş sursatının ələ keçirildiyini da qeyd edib.
Digər tərəfdən, girovların nə vaxt qaçırıldığı ilə bağlı məlumat verilməyib.