Nigeriyada avtobus qəzası nəticəsində 20 nəfər ölüb

Nigeriyada avtobus qəzası nəticəsində 20 nəfər ölüb

Nigeriyada avtobusun yük maşını ilə toqquşması nəticəsində azı 20 nəfər ölüb.

Az.rasthaber.com APA-ya istinadən xəbər verir ki, bu barədə Nigeriyanın “Punch” qəzeti məlumat yayıb.

Qəzetin yazdığın görə, qəza bazar günü Laqos-Badaqri avtomobil yolunda baş verib. Avtobus sürücüsü ötmə əməliyyatı həyata keçirərkən idarəetməni itirərək yük maşınına çırpılıb.

Laqos ştatının nəqliyyata nəzarət direktoru qəza zamanı 20 nəfərin öldüyünü təsdiqləyib.

Xəbəri paylaş

VİDEOLAR