Nigeriyada 14 il ərzində 23 mindən çox insan itkin düşüb

Nigeriyada 14 il ərzində 23 mindən çox insan itkin düşüb

Terror hadisələrinin baş verdiyi Nigeriyanın şimal-şərqində 14 ildir davam edən hadisələr səbəbindən 23 mindən çox insanın itkin düşdüyü açıqlanıb.

Az.rasthaber.com xəbər verir ki, Beynəlxalq Əfv Təşkilatı və Allamin Fondunun Nigeriya direktoru İsa Sanusi verdiyi açıqlamada Boko Haram terror təşkilatının ölkənin şimal-şərq bölgəsində artan hücumları nəticəsində minlərlə insanın itkin düşdüyünü bildirib.

Bölgədə 14 ildə baş verən terror hadisələri səbəbilə 23 mindən çox itkin düşmə faktının aşkar edildiyini bildirən Sanusi hökumətin bunun qarşısında səssiz qaldığını bildirib.

Sanusi hökumətin bu hadisələr qarşısında susması ilə bağlı kampaniyalarını daha da gücləndirəcəklərini bildirib.

Qeyd edək ki, Nigeriyada 2000-ci illərin əvvəllərindən bəri mövcud olan Boko Haramın həyata keçirdiyi kütləvi zorakılıqlarda on minlərlə insan həyatını itirib.

Təşkilat 2015-ci ildən ölkənin sərhəd qonşuları Kamerun, Çad və Nigerdə də hücumlar həyata keçirir.

Xəbəri paylaş

VİDEOLAR