Qərbi Afrika ölkələrindən Nigeriyanın Benue əyalətində törədilən silahlı hücum nəticəsində 9 nəfər həyatını itirib
Rasthaber Azərbaycan xəbər verir ki, hadisə Benue əyalətinin Makurdi bölgəsində silahlı şəxslər tərəfindən törədilib.
Yerli medianın bildirdiyinə görə, hücum zamanı 9 nəfər olub, çox sayda yaralı xəstəxanalara çatdırılıb.
Benue Polis sözçüsü Catherine Anene hücumları təsdiqləyib.
Hadisənin törədildiyi əraziyə təhlükəsizlik qüvvələrinin cəlb olunduğunu açıqlayıb.
Son zamanlarda ölkədə silahlı şəxslər motosikllərlə hücumlar təşkil etdikləri üçün bəzi əyalətlərdə motosiklin istifadəsi qadağan olunub.
Benue əyaləti heyvandarlıqla məşğul olan Fulanilər ilə əkinçi olan bəzi qəbilələr arasında ərazi mübahisəsi səbəbi ilə şiddətli qarşıdurmalara səhnə olur.
Mayın 3-də də hücumlar nəticəsində 17 nəfər həyatını itirmişdi.