Nigerdəki hərbi çevrilişin başçısı dövlət televiziyası ilə xalqa müraciət edib

Nigerdəki hərbi çevrilişin başçısı dövlət televiziyası ilə xalqa müraciət edib

Nigerdəki Vətəni Müdafiə Milli Şurasının (CNSP) lideri Abdurrahmane Tchiani dövlət televiziyası ilə xalqa müraciət edib.

Az.rasthaber.com xəbər verir ki, Keçən ay Nigerdəki hərbi çevrilişin başçısı general Abdurrahmane Tchiani 3 ildən sonra hakimiyyəti yenidən mülki idarəçiliyə təhvil verəcəklərini bildirib.

Tchiani çıxışında hakimiyyətin ötürülməsi ilə bağlı geniş açıqlama verməyib, lakin keçid prosesinin yol xəritəsinin 30 gün ərzində keçiriləcək “dialoq görüşü”ndə qərar veriləcəyini bildirib.

"İnanıram ki, qarşılaşdığımız bütün çətinliklərin həlli yollarını tapacağıq və hamının mənafeyinə uyğun olaraq böhrandan çıxış yolu tapmaq üçün birlikdə çalışacağıq", - xunta bildirib.

Tchiani bildirib ki, Niger xalqının istəkləri nəzərə alınmaq şərti ilə istənilən dialoqa açıqdırlar.

Xunta lideri bildirib ki, Niger müharibə istəmir, lakin hər hansı xarici müdaxiləyə qarşı özünü müdafiə edəcək.

Xəbəri paylaş

VİDEOLAR