Nigerdəki Fransa hərbi bazasının önünə toplaşan xalq bu ölkədə yerləşən fransız əsgərlərinin getməsi üçün nümayiş keçirib.
Az.rasthaber.com xəbər verir ki, nümayişçilər “Fransız əsgərlərinin torpağımızda olmasını istəmirik”, “Fransız əsgərləri getsin”, “İşğala yox” kimi şüarlar səsləndiriblər.
Qeyd edək ki, Fransanın Nigerdə 1500-ə yaxın əsgəri və Diori Hamani hava limanı yaxınlığında "Niamey 101" adlı hərbi bazası var.