29.07.2023 11:41:59
Niger Respublikasında baş verən çevrilişdən sonra prezident qvardiyasının rəhbəri general Əbdürəhman Tiani özünü ölkənin yeni lideri adlandırıb.
Az.rasthaber.com APA-ya istinadən xəbər verir ki, general cümə günü dövlət televiziyasında çıxış edərkən titrlərdə onun hərbi şuranın, Vətənin Müdafiəsi üzrə Milli Şuranın prezidenti olduğu göstərilib.