Nigerdəki xunta administrasiyası fransız təyyarələrinə Niger hava məkanından istifadə etməyi qadağan edib.
Az.rasthaber.com xəbər verir ki, Niger Fransa təyyarələrinin öz hava məkanına daxil olmasını qadağan edib.
Afrika və Madaqaskar Hava Naviqasiya Təhlükəsizliyi Agentliyinin (ASECNA) internet saytında yer alan açıqlamada, Niger hava sahəsinin "Air France donanması" və Fransanın icarəyə götürdüyü təyyarələr üçün bağlandığı bildirilib. Əvvəlcədən icazə alınmadığı təqdirdə hava məkanının “bütün hərbi, əməliyyat və digər xüsusi uçuşlar” üçün bağlı qalacağı qeyd edilib.
Bəyanatda həmçinin qeyd olunub ki, Nigerin hava məkanı Fransa istisna olmaqla bütün milli və beynəlxalq kommersiya uçuşları üçün açıqdır. Niger, təxminən bir aydır bağlı olan hava məkanını sentyabrın 4-də yenidən kommersiya uçuşları üçün açıb.