Nümayiş iştirakçıları bəyan ediblər ki, fələstinli məhbuslar tibbi xidmət əldə etmək hüququndan məhrum ediliblər.
Rasthaber Azərbaycan xəbər verir ki, Niderland Fələstin İcması Fondu (NFİF/PGNL) Amsterdamdakı Dam meydanında İsrail həbsxanalarında saxlanılan fələstinli məhbuslara dəstək aksiyası təşkil edib.
Nümayiş iştirakçıları bəyan ediblər ki, fələstinli məhbuslar tibbi xidmət əldə etmək hüququndan məhrum ediliblər.
Qeyd edilib ki, fələstinlilər ağır şəraitdə saxlanılırlar və işgəncələrə məruz qalırlar.
Etirazçıların sözlərinə görə, xanım məhbuslardan biri olan Esra Yavesin bədəninin 60%-i yanıb, lakin çoxsaylı istəklərə baxmayaraq, ona tibbi yardım göstərilməyib.
Bildirilib ki, xanım Yabesə hətta öz uşağı ilə görüşməyə də icazə verilmir.
Yabesin ailəsinin şəxsi pulları hesabına xanım Esranı həkimlə təmin etmək sorğusu da İsrial tərəfindən rədd edilib.
Etiraz aksiyasından sonra foto sərgisi baş tutub.