Nəhəng şirkətlər planetə zərər verməkdə davam edir

Nəhəng şirkətlər planetə zərər verməkdə davam edir

Dünyanın ən böyük şirkətləri iqlim hədəflərindən geri qalaraq karbon emissiyalarını artırır və bununla da planetə zərər verməyə davam edir.

Az.rasthaber.com "Oxu.az"-a istinadən xəbər verir ki, “Arabesque” analitik şirkətindən bildirilib ki, korporasiyalar 2030-cu ilə qədər karbon emissiyalarını təxminən 45 faiz azaltmaq hədəfinə çatmalıdır. Bu, qlobal temperaturun 1,5 dərəcə yüksəlməsinin qarşısını almağa kömək edəcək. Bununla belə, analitiklər emissiyaların artmaqda davam etdiyini deyirlər.

Şirkətdən verilən məlumata görə, hazırda qlobal miqyasda bu sahədə çox da irəliləyiş yoxdur. Belə ki, dünya üzrə şirkətlərin yalnız 20-25 faizi iqlim hədəfinə doğru gedir. Həmçinin, hələ də emissiyalar haqqında məlumatları gizlədən təşkilatlar var. Məsələn, 2021-ci ildə Çində şirkətlərin 44 faizi iqlimə təsirlərini investorlara açıqlamayıb.

Xəbəri paylaş

VİDEOLAR