Nəhalə: İran Fələstin müqavimətinin müttəfiqi və dəstəkçisidir

Nəhalə: İran Fələstin müqavimətinin müttəfiqi və dəstəkçisidir

"İran İslam Respublikası bu hərəkatın və Fələstin xalqının müttəfiqi və müqavimətin dəstəkçisidir"

Az.rasthaber.com xəbər verir ki, bunu Fələstin İslami Cihad Hərəkatının baş katibi Ziyad əl-Nəhalə deyib.

Fələstin İslami Cihad Hərəkatının baş katibi Ziyad əl-Nəhalə Əl-Cəzirə telekanalına müsahibəsində deyib:

“İranın irqçi İsrail rejiminə qarşı mövqeyi aydındır və Fələstin müqavimətini dəstəkləyir.

İran Amerikaya və irqçi İsrail rejiminə qarşıdır və müqaviməti dəstəkləyir. Ərəb rejimləri isə İsrail rejimi və Qərblə ittifaq halındadır və müqaviməti dəstəkləmir.

İran İslami Cihad hərəkatını və bütün Fələstin müqavimət qruplarını dəstəkləyir".

Ərəb ölkələri İsrail rejimi ilə münasibətlərin normallaşmasına doğru irəliləyir, İran isə bu rejimə qarşı çıxmaqda davam edir”, - Nəhalə bildirib.

Fələstin İslami Cihad Hərəkatının baş katibi sionist layihəsinin Fələstin xalqını məhv etmək məqsədi daşıdığını bildirib və deyib:

"Biz sionist layihəsini yaxşı anladıqda və ondan xəbərdar olduqda, onunla mübarizə aparmaq üçün lazımi vasitə və tələbləri də təmin edə bilərik".

Xəbəri paylaş

VİDEOLAR