New York Times: "Sepah-ın zabitinin qətlində İsrailin əli var"

New York Times:

“İsrail ABŞ tərəfə məlumat verib ki, Sepah-ın zabitinin qətlində onların əli var və bu İrana xəbərdarlıq vermək üçün həyata keçirilib”.

Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, ABŞ-ın New York Times qəzeti bu barədə İsrailin baş nazirinin ofisindəki rəsmilərdən birinə istinadən məlumat yayıb.

Qəzet bildirib ki, İsrailin baş nazirinin ofisində adının çəkilməsini istəməyən rəsmilərdən biri qeyd edib ki, Təl-Əviv məsələ ilə bağlı ABŞ tərəfinə məlumat verib.

Məlumatda əlavə edilib ki, İsrail Sepah-ın zabitinin Tehranda qətlə yetirilməsində rolu olduğunu ABŞ tərəfinə bildirib.

Həmçinin əlavə edilib ki, İsrail bu yolla İrana, xüsusilə də Sepah-ın Qüds korpusunun məxfi əməliyyatlar həyata keçirilən “840-cı Batayon”unun fəaliyyəti ilə bağlı xəbərdarlıq edib.

Xatırladaq ki, ötən həftə Tehranda Sepah-ın Qüds korpusunun polkovnik rütbəli zabitlərindən biri terrora məruz qalıb. Onun fəaliyyəti daha çox Suriyada olub.

Xəbəri paylaş

VİDEOLAR