Sionist rejimin baş naziri Binyamin Netanyahunun rəhbərlik etdiyi ifrat sağçı koalisiya hökumətinin məhkəmə tənzimlənməsinə qarşı etirazlar 37-ci həftədə də davam edib.
Az.rasthaber.com xəbər verir ki, Netanyahu hökumətinin məhkəmə nizamnaməsinə qarşı hər şənbə axşamları kütləvi nümayişlər keçirən etirazçılar, İbrani təqviminə görə Yeni il gecəsi kimi qeyd olunan “Roş Ha-Şana” bayramı səbəbilə bu həftənin bazar günü etiraz aksiyaları keçiriblər.
Təl-Əviv, Qərbi Qüds, Hayfa və Herzliya kimi şəhərlər başda olmaqla, ölkənin müxtəlif yerlərində onlarla fərqli yerdə keçirilən nümayişlərə on minlərlə insan qatılıb.
Ölkənin müxtəlif nöqtələrində keçirilən etiraz aksiyalarında üzərində müstəqillik bəyannaməsi olan nəhəng pankartlar diqqət çəkib.
Digər tərəfdən, sionist rejimin baş naziri Netanyahu ötən gecə ABŞ-a səfər edəcəyi Təl-Əviv Ben Qurion Beynəlxalq Hava Limanında toplanan bir qrup tərəfindən etiraz edilib.