Məhkəmə islahatlarının dayandırılması israillilərin Netanyahuya qarşı etirazlarını dayandıra bilməyib.
Az.rasthaber.com xəbər verir ki, Sionist rejimin baş naziri kütləvi etirazlar və müxalifətdən qorxaraq məhkəmə islahatlarının təsdiqini təxirə salsa da, on minlərlə israilli Benyamin Netanyahuya qarşı kütləvi nümayişə başlayıb.
İsrail mediası bildirib ki, on minlərlə nümayişçi Benyamin Netanyahu hökumətinə və onun məhkəmə islahatlarına qarşı olduqlarını bildirmək üçün Təl-Əviv küçələrinə çıxıblar.
Həmçinin bəzi gənc israillilər hökumətə etiraz etmək üçün hərbi çağrış məktublarını yandırıblar.
İsrail mediası Təl-Əviv küçələrində etiraz edən israillilərin sayının 127 mindən çox olduğunu açıqlayıb.