Binyamin Netanyahunu rüşvətxorluq, xalqın etimadından sui-istifadə və fırıldaqçılıqda ittiham edilir
Rasthaber Azərbaycan xəbər verir ki, rüşvətxorluq, xalqın etimadından sui-istifadə və fırıldaqçılıqda ittiham olunan Binyamin Netanyahu hər vasitə ilə məhkəmə dinləmələrini təxirə salmağa çalışır.
Qüdsün Dairə məhkəməsi İsrailin keçmiş Baş naziri Binyamin Netanyahunun üç işi üzrə məhkəmə dinləmələrini 19 iyul tarixindən sentyabr ayının ortalarına təyin edib.
Qeyd olunur ki, prokurorluq dinləmələrin təxirə salınması barədə vəsatəti əsas şahidlərdən birinin "şəxsi tələbi" ilə əlaqələndirib. Növbəti məhkəmə iclasının 13 sentyabrda baş tutacağı gözlənilir.
Xatırladaq ki, 21 noyabr 2019 tarixində Baş prokuror Avihay Mandelblit Binyamin Netanyahunu rüşvətxorluq, xalqın etimadından sui-istifadə və fırıldaqçılıqda ittiham edib.