İran XİN başçısı bu haqda bildirib
Rasthaber Azərbaycan trthaber-ə istinadən xəbər verir ki, İran xarici işlәr naziri Mәhәmmәd Cavad Zәrif dünәn Bağdadda törәdilәn hücuma vә İsrail Baş naziri Binyamin Netanyahunun Baydenә ünvanladığı tәbrik mesajındakı İranla bağlı ifadәlәrinә reaksiya göstәrib.
‘‘Netanyahunun acınacaqlı çarәsizliyinә baxmayaraq İrana qarşı çirkin planlar uğursuzluqla nәticәlәnәcәk’’, -deyə Zərif əlavə edib.
İsrail Baş naziri Benyamin Netanyahu çәrşәmbә günü and içәrәk vәzifәsinin icrasına başlayan ABŞ prezidenti Co Baydenә ünvanladığı tәbrik mesajında deyib: ‘‘ABŞ-İsrail ittifaqını güclәndirmәk, İsrail ilә әrәb ölkәlәri arasındakı sülhü tәmin etmәyә davam etmәk vә başda İranın yaratdığı tәhdid olmaqla ortaq çәtinliklәrlә üzlәşmәk üçün sizinlә işlәmәyi sәbrsizliklә gözlәyirәm’’.